mobil versiya

"Bild" qəzetinin analitiki ermənilərin cəbhədəki yalanını ifşa etdi - FOTO




Almaniyanın "Bild" nəşrinin hərbi analitiki Culian Repke Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın pilotsuz təyyarəsinin vurulması ilə bağlı yalanını ifşa edib.

REPORTYOR.AZ
xəbər verir ki, alman analitik bu barədə "Twitter" hesabında paylaşım edib.

O bildirib ki, erməni tərəfinin yaydığı videoda əslində vurulan mülki təyyarədir: "Əgər siz təsdiq edirsiniz ki, pilotsuz təyyarə vurmusunuz, onda iki mühərrikli sərnişin təyyarəsini hədəf kimi göstərməyin".

Qeyd edək ki, 14 iyulda Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan özünün "Facebook" səhifəsində "Elbit Hermes 900" pilotsuz təyyarəsinin vurulması barədə video dərc edib.


SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 16-07-2020, 11:00