mobil versiya

İki rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi dayandırıldı




Bu gündən etibarən Lənkəran şəhəri və Samux rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmir.

REPORTYOR.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 17-də qərar çıxarıb.

Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 20-07-2020, 09:32