Metro və avtobuslarla bağlı AÇIQLAMA
"Bir çox ölkələrin strategiyasında məhz nəqliyyatın məhdudlaşdırılmasından istifadə olunur ki, yoluxma artmasın. Biz də buna məcburuq".
REPORTYOR.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.
O əlavə edib ki, metroda virusun yayılması ehtimalı daha yüksək olduğuna görə hələlik açılması müzakirə olunmur: "Avtobusların sıxlıq olan yerlərə yönəldilməsi həyata keçirilir. Vətəndaşlardan xahiş edirəm ki, planlarını elə qursunlar ki, sıxlığa düşməsinlər. “Ças-pik” saatlarını nəzərə alsınlar".
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 8-08-2020, 12:38