mobil versiya

Baş Nazirdən koronavirusla bağlı TAPŞIRIQ: Bu şəxslərin işləməyi qadağan edilsin



Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

REPORTYOR.AZ BAKU.WS-a istinadən xəbər verir ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb:

1. İclasların, müşavirələrin və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilsin;
 

2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;

3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;

4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;

5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin;

6. Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın;

7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 13-08-2020, 03:05