mobil versiya

Pensiya kartlarının istifadə müddəti uzadıldı – RƏSMİ AÇIQLAMA



“Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq sosial müavinət və təqaüd kartlarının müddəti 30 sentyabr, əmək pensiyası kartlarının müddəti 30 noyabr, ÜDSY kartlarının müddəti isə 31 oktyabr tarixinə qədər uzadılıb”.

Bunu REPORTYOR.AZ-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib.

Qeyd edilib ki, ölkədəki cari vəziyyətə uyğun olaraq hər hansı bir dəyişiklik olarsa, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 18-08-2020, 15:35