mobil versiya

Sergey Şoyqu ilə Ramiz Mehdiyevi nə birləşdirir? – AÇIQLAMA




“Son zamanlar Azərbaycan kifayət qədər ciddi çağırışlarla üz-üzədir. Aparılan struktur islahatları və bütün sahələrdəki islahatlar, ölkənin xarici siyasi davranışındakı bir sıra dəyişikliklər biz görürük ki, müəyyən xarici dairələr tərəfindən qıcıq oyatmaqdadır. Onların Azərbaycan daxilindəki nümayəndələri də fəallaşmaq istiqamətində işlər aparır, planlar cızmaqdadır”.

Bu fikirləri Qazet.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov səsləndirib. Politoloq bildirib ki, yalnız ön cəbhədə deyil, arxa cəbhədə də mübarizə aparmaq lazımdır.

“Bütün bunlar istisna hal olmayaraq qəbul edilməlidir, çünki Azərbaycan müharibə şəraitində olan ölkədir. Bilirik ki, müharibə yalnız cəbhədə baş vermir. Eyni zamanda arxa xətdə də baş verir. Arxa xətt də olan bu hadisələrə də ciddi yanaşılmalıdır”, – deyə Zaur Məmmədov bildirib.

Lakin son zamanlar diqqət çəkən və bu zamana qədər adı çox hallanmasa da, indi hər kəs tərəfindən çəkinmədən adı çəkilən şəxs AMEA prezidenti Ramiz Mehdiyevdir.

Nəvəsinə karantin qaydalarını pozaraq toy etməklə gündəmə gələn Ramiz Mehdiyev haqqında hazırda bir çox fikirlər səslənməkdədir. Təsadüfi deyil ki, Rusiya Müdafiə Naziri Sergey Şoyqunun Bakı səfəri daha çox müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə Ramiz Mehdiyevlə Şoyqunun möhkəm əlaqələri olduğu bildirilir.

Millət vəkili Fəzail Ağamalı Qazet.az-a açıqlamasında bildirib ki, hər kəsə meydan oxuyan Ramiz Mehdiyevin Rusiya ilə əlaqələri heç kimə sirr deyil.

“Ramiz Mehdiyevin ciddi bir açıqlaması var. Əslində hər kəsə meydan oxuyur. İndi görəcəyik ki, Sergey Şoyqunun gəlişi ilə Ramiz Mehdiyevin əlaqələri hansı tərzdə olacaq?! Ramiz Mehdiyevin Rusiya ilə birbaşa əlaqələri var. O, Rusiyanın Azərbaycanda baş rezidentidir. Mən bunu artıq demişəm”, – Fəzail Ağamalı qeyd edib.

Son günlər isə diqqət çəkən daha bir məqam AMEA-nın rəsmi internet saytında Ramiz Mehdiyevin quruma aid olmayan, şəxsi yazılarının yayımlanmasıdır.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 25-08-2020, 15:52