mobil versiya

ŞOK: Azərbaycanda yeniyetmə dörd dəfə doğuş etdi



"Azərbaycanda bəzi yeniyetmələr üçüncü və dördüncü dəfə uşaq dünyaya gətirirlər".

REPORYOR.AZ
xəbər verir ki, bu fikri Media.Az-a müsahibəsində Azərbaycan İnsan Hüquqları Mərkəzinin rəhbəri Eldar Zeynalov bidirib.

Onun fikrincə, ölkədə erkən nikahların çoxu cənub bölgələrində baş verib: "17 yaşlı bir qızın dördüncü dəfə doğuş etməsini təsəvvürünüzə gətirirsinizmi?! Belə çıxır ki, o, aktiv cinsi həyat yaşayır, bu kimi hallara diqqət yetirmək lazımdır.

Uşağa təcavüz faktına görə isə heç kim məsuliyyət daşımır. Nə təcavüzkar, nə valideyn, nə dini nikah mərasimini keçirən molla, nə küçədə hamilə azyaşlı qızı görən və gözlərini yuman rayon polis işçisi, nə də körpəni dünyaya gətirən həkim".

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 15 yaşdan 17 yaşa qədər qızların 2000-2500 doğuş etməsi faktı qeydə alınıb.
SON XƏBƏR / KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 26-08-2020, 15:34