Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa çıxardı
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev sahibi olduğu villalardan birini satışa çıxarıb.
REPORTYOR.AZ xəbər verir ki, Mehdiyevin satmaq istədiyi dədbdəbəli mülk Göyçay rayonunun Hüngütlü kəndindədir. Villa 4 hektar ərazidə yerləşir. Hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Satış qiyməti 2,5 milyon manatdır. Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var.
Məlumatlı şəxsin dediyinə görə, villanı akademikə 2010-cu ildə sabiq Nəqliyyat naziri Ziya Məmmədov hədiyyə edib. Hüngütlü kəndində Məmmədovun özünün də dəbdəbəli villasının olduğui bildirilir.
Mənbə deyib ki, Ramiz Mehdiyevin Göyçayın Yeniarx kəndində 10 hektar nar bağı da olub. Amma vəzifədən uzaqlaşdırılandan sonra həmin bağı hazırda Moskvada yaşayan məşhur iş adamı Fərhad Əhmədova satıb. "Ramiz müəllim villanı almaq üçün Fərhad Əhmədova ismarıc yolladı. Amma nədənsə biznesmen həmin villanı almaqdan imtina etdi”, - deyə müsahibimiz bildirib.
(yenisabah)
SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 31-08-2020, 12:02