mobil versiya

Tələbə qız 11 kişi tərəfindən zorlanandan sonra amansızca öldürüldü




Somalinin paytaxtı Mogadişoda 19 yaşlı tələbə Həmdi Məhəmməd Fərəh bir qrup kişi tərəfindən cinsi təcavüzə məruz qaldıqdan sonra altıncı mərtəbənin pəncərəsindən yerə atılıb.

“Mirror” agentliyi yerli hüquq mühafizə orqanlarına istinadən xəbər verir ki, cinayətdə 11 kişi iştirak edib.

M. Fərəh aldığı xəsarətlərdən yerindəcə keçinib.

Qeyd olunur ki, zorlama hadisəsi Mogadişoda gündüz satlarında baş verib.

Polis 19 yaşlı tələbəni zorlayan şəxsləri saxlayıb, lakin cinayətin törədilməsində daha çox insanın iştirakı istisna edilmir.

İstintaq davam etdirilir. (oxu)


SON XƏBƏR / KARUSEL / DÜNYA / HADİSƏ
Tarix: 20-09-2020, 12:37