“21 yaşında mən o bağda ilk dəfə...” - Pərvin milyonluq bağın sahibindən danışdı
Novxanıda inşa olunan Bəxtiyar Daliyə məxsus cah-cəlallı bağ ətrafında ötən gündən söz-söhbət səngimək bilmir. Sosial şəbəkədə bağın sahibi haqda müxtəlif fikirlər danışılmağa başlayıb.
REPORTYOR.AZ xəbər verir ki, aktrisa Pərvin Abıyeva shownews.az saytına açıqlamasında həmin bağın illərdir Bəxtiyar müəllim tərəfindən tikildiyini bildirib. Hətta həmin bağda illər əvvəl serial çəkildiyini də əlavə edib:
"Təxminən 21 yaşım olardı. İlk dəfə serial çəkilirdi. "Oğurlanmış arzular" adlanırdı. O vaxt Bəxtiyar müəllim özü razılıq vermişdi serial çəkilişinə. Çox mehriban və sadə insandır. Hər çəkilişdən sonra bütün çəkiliş heyətinə qonaqlıq verirdi. Həftədə 2-3 dəfə çəkilişlər olurdu. Hər çəkilişdə də ev sahibi olan Bəxtiyar müəllim özü də bağda olurdu.
Serialda əsas rolları Almaz Ələsgərli və Tural Əsədov canlandırırdı və serialda da ev sahibi kimi Almaz xanımla Tural idi".
SON XƏBƏR / KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 26-09-2020, 14:12