Müdafiə Nazirliyi: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.
Bu barədə REPORTYOR.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 26-10-2020, 16:54