İtaliyada məhdudiyyətlərə qarşı etirazlar başlayıb
İtaliyanın Milan şəhərində dünən axşam saatlarında koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərdən narazı şəxslərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində 1 polis xəsarət alıb, 2 nəfər saxlanılıb.
“Report” “Corriere della Sera”ya istinadən xəbər verir ki, bir neçə yüz etirazçıya qarşı polis bibər qazı tətbiq edib.
Həmçinin Turində də bənzər aksiya zamanı 2 polis xəsarət alıb, 10 nəfər saxlanılıb. Zorakılıq və talançılıq hərəkətlərinin qeydə alındığı bu cür etiraz aksiyaları ölkənin müxtəlif şəhərlərində keçirilib. Səbəb kimi ölkədə bütün restoran və barların saat 18.00-dan bağlanmasına dair qərar göstərilir. Hökumətin yeni məhdudiyyətlər tətbiq edəcəyi istisna edilmir. Daha əvvəl teatr və s. mədəniyyət ocaqlarının da fəaliyyətinə məhdudiyyətlər qoyulub.
Qeyd edək ki, son bir neçə həftədir İtaliyada koronavirusa gündəlik yoluxma 20 mindən aşağı düşmür.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 27-10-2020, 14:38