Əfqanıstan səfiri Azərbaycan xalqını təbrik edib
Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Azərbaycan xalqını Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə təbrik edib.
REPORTYOR.AZ xəbər verir ki, diplomat bunu tarixi an kimi qiymətləndirib.
"Ağdam şəhəri 28 illik işğaldan sonra azad edildi. Azərbaycan xalqı sevincli anları qeyd edir. Azərbaycan xalqının sevincini bölüşürük. Azərbaycana gəldiyimdən bəri 28 illik işğalın sona çatdığını, rayon, şəhər, qəsəbə və kəndlərin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan Ordusu tərəfindən bir-birinin ardınca azad olunduğunu görürük. Azərbaycan xalqını və ordusunu təbrik edirik!", - səfir qeyd edib.
SON XƏBƏR / GÜNDƏM
Tarix: 20-11-2020, 16:44