Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb
Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 196 yeni yoluxma faktı qeydə alınıb, 1 598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
REPORTYOR.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 93 094 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 841 nəfər müalicə olunaraq sağalıb, 1 131 nəfər vəfat edib, aktiv xəstələrin sayı 28 122 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 175, ötən müddət ərzində isə ümumilikdə 1 607 455 test aparılıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 22-11-2020, 16:40