Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə REPORTYOR.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1 953 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 921, bu günə qədər isə ümumilikdə 1 020 029 test icra olunub.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 15-09-2020, 16:24