mobil versiya

Dilqəm Əsgərov: "Ermənilər müharibənin başladığını bizdən gizlədirdilər"




“Ermənilər mənə müharibənin başladığını demədilər. Artilleriyanın səsini eşitdim və müharibənin başladığını bildim. Orada onların bir mayoru var idi. Məndən soruşurdu ki, nə olub? Dedim müharibədi də”.

“Report” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən mətbuat konfransında erməni girovluğunda olmuş Dilqəm Əsgərov deyib.

“Daha sonra onlar öz dustaqlarını oradan çıxartılar. Bildim ki, bizim əsgərlər gəlir”, - o bildirib.
SON XƏBƏR / KARUSEL
Tarix: 7-01-2021, 14:47