mobil versiya

Vilayət Eyvazovdan yeni TƏYİNAT




Polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunub. 

REPORTYOR.AZ xəbər verir ki, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə o, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub.
 
Qeyd edək ki, Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.
 
(oxu.az)
SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 10-01-2021, 17:35