mobil versiya

Ermənistan vətəndaşlarının Rusiyaya səfərinə maneə yaranıb




Ermənistan vətəndaşlarının Rusiyaya səfər etməsində problem yaranıb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, Rusiyaya səfər etmək istəyən Ermənistan vətəndaşları koronavirusla bağlı testdən keçməlidir. Testin cavabı mənfi olanlar Rusiyaya gedə bilər. Ermənistan vətəndaşları yalnız rusiyalılardan test götürmək icazəsi olan təşkilata qan analizi veriblər. Ona görə də onların testi etibarsız sayılıb. Bu isə Yerevan hava limanında gərginliyə səbəb olub.

Qeyd edək ki, fevralın 1-dən Ermənistandan Rusiyaya uçuşa icazə verilib. Bu məqsədlə gündə 4 reys ediləcək. “Zvartnos” hava limanından Moskvaya “Armeniya”, “Aeroflot” və “Red Wings” hava şirkətlərinə məxsus təyyarələr uçacaq.
SON XƏBƏR / KARUSEL
Tarix: 1-02-2021, 15:06