mobil versiya

SON DƏQİQƏ: Almaniya Hollandiyanı bombaladı




Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) “Panavia Tornado” qırıcısı Hollandiya ilə sərhədin yaxınlığındakı “Nordhorn” poliqonunun yaxınlığına iki bomba zərbəsi endirib. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Almaniya HHQ-nin mətbuat xidməti dərhal məsələyə aydınlıq gətirib.

Bildirilib ki, sözügedən ərzaiyə avadan atəş zərbəsi təlim zamanı səhvən açılıb. 

Hazırda poliqonun şəxsi heyəti əraziyə atılan təlim bombalarının axtarışına cəlb edilib. Yerli sakinlərdən sursatı tapdıqları təqdirdə ona toxunmamaları, bu barədə polisə xəbər vermələri tələb edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.
SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 4-03-2021, 16:17