mobil versiya

Düşmənin könüllülərdən ibarət qrupu atəş zərbəsi ilə məhv edildi




Ermənistan silahlı qüvvələrinin Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup Azərbaycan Ordusu tərəfindən atəş zərbəsi ilə məhv edilib.

REPORTYOR.AZ-ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda bildirilib ki, müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Baxılıb: 145 Tarix: 13-10-2020, 10:00



Şərh bildir
yenilə, əgər kod görünmürsə