Günay İbrahimlinin təmtəraqlı AD GÜNÜNDƏN GÖRÜNTÜLƏR - VİDEO
Müğənni Günay İbrahimlinin 31 yaşı tamam olub.
REPORTYOR.AZ xəbər verir ki, ifaçı paytaxt məkanlarından birində özünə təmtəraqlı ad günü keçirib. Günayın xoş günündə yaxınları, ailə üzvləri və sənət dostları iştirak ediblər.
Sənətçi məclis zamanı bir neçə libas dəyişdirib. Ad günündə ən çox diqqət çəkən məqam qonaqların xanımlardan ibarət olması idi. Belə ki Günay doğum gününə sadəcə xanımları dəvət edib.
Şou-biznes / KARUSEL
Tarix: 11-02-2022, 17:00