mobil versiya

Xalq artistindən efirdə ŞOK ETİRAF: "Sənubər İsgəndərli ilə 3 ay sevgili olduq" - VİDEO



Xalq artisti Əjdər Həmidov həmkarı Sənubər İsgəndərli ilə 3 ay sevgili olduğunu etiraf edib.

REPORTYOR.AZ xəbər verir ki, aktyor Xəzər TV-nin "Hər şey daxil" proqramında qonaq olarkən aparıcı ona belə bir sual ünvanlayıb:

"Kişi sözü" filmindən sonra əməkdar artist Sənubər İsgəndərli ilə aranızda sevgi olduğu barədə söz-söhbətlər dolaşdı. Doğurdanmı bir kişinin tərəf müqabilinə sevgi hissi ola bilər?".

Əjdər Həmidov filmdə aşiq olduğu qadın obrazını canlandıran Sənubər İsgəndərlini həqiqətən sevdiyini etiraf edib:

"Bilirsiniz necə oldu? Filmin rejissoru Cahangir Mehdiyev çəkdi məni kənara. Deməli, filmdə Qasım (Əjdər) Solmazı (Sənubər İsgəndərli) sevir. Dedi ki, "Əjdər, sən Sənubəri sevməlisən. Yoxsa, alınmayacaq, təbii olmayacaq, inanmayacağıq. Dedim "Cahangir müəllim, sevmək bəyəm "zakaz"ladır?"

Amma boynuma alıram ki, qısa müddətdə mən Sənubəri sevməyə başladım. Mənə deyin görüm, onu sevməmək olar? Amma bizim sevgimiz çox qısa müddətli oldu - 3 ay. Film qurtaran kimi Sənubər xanım öz yoluna, mən öz yoluma. Sevgi də bitdi".



MARAQLI / KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT / VİDEOXƏBƏR
Baxılıb: 70 Tarix: 15-01-2020, 11:30


Şərh bildir
yenilə, əgər kod görünmürsə