Seks, hicab, geylər, ölüm... Azərbaycan filmində Şeytan obrazlar - VİDEO
Ötən gün təqdim edilən “Ağacdələn” filmi son illər baş verən sosial və ictimai yüklü məsələləri özündə birləşdirib.
Reportyor.az axşam.az-a istinadən xəbər verir ki, Filmdə Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Elvin İbra, Elcan Rəsulov, aktrisa Zarina Qurbanova rol alıb.
Filmin senari müəllifi və rejissoru K.Ağabalayev ekran işinin büdcəsinin cəmi 98 manat olduğunu açıqlayıb.
Ekran işində medianın gündəmində uzun müddət qalan olaylar şeytanın timsalında təzahür edib. Bunlardan ilki Səbail rayonunda yerləşən 134 saylı orta məktəbdə şagirdlərin intim münasibətdə olması ilə bağlı yayılan videodur. Filmdə zaman, məkan və yaş anlayışı fərqli olsa da, gizli mesajın həmin məktəbə vurulduğu açıq-aydın sezilir. Belə ki, Əməkdar artist Sənubər İsgəndərli həmin məktəbin müəllimidir və sözügedən görüntüləri o, lentə alıb, sonra isə sosial şəbəkələrdə yayıb.
Filmdə Azad LGBT (Lezbiyan, Gey, Biseksual və Transseksual) təşkilatının sədri İsa Şahmarlının 2014-cü ildəki intiharı isə Elvin İbranın canlandırdığı Musa Şahbazlı obrazı ilə təsvir olunub.
Bundan başqa, ekran işində həkim səhvi nəticəsində sol ayağı əvəzinə, sağ ayağı kəsilən Tərlan Əliyevanın da mövzusuna da toxunulub.
Filmdəki diqqət çəkən digər məqamlar isə zorla hicaba məhkum edilən qadınlar, erkən evliliklər, təhsilsizlik, cəmiyyətin qınağı və başqa məqamlardır.
Təqdimatın sonunda “Ağacdələn”in sonunda yeni filmin anonsu verilib. Belə ki, ikinci film intihar edən 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevaya həsr olunacaq.
MARAQLI / KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 2-10-2019, 13:57