mobil versiya

Fransız bəstəkarı ayı parçalayıb


Kanadada fransız bəstəkarı Julyen Qotye ayının hücumuna məruz qalıb.
APA “Lenta.ru”ya istinadən xəbər verir ki, hücum nəticəsində bəstəkar ölüb.
44 yaşlı Julyen Qotye «Canoë-camping dans le grand nord canadien, sons, photos... et violoncelle!» ("Böyük Kanada şimalında kanoe ilə səyahət, səslər, foto… və violonçel!”) mədəni layihəsi çərçivəsində səyahət edirmiş.
Avqustun 15-də bəstəkar çadırda yatarkən ayı ona hücum edib. Heyvan onun boğazından yapışaraq meşəyə sürüyüb. Bəstəkarın cəsədi növbəti gün aşkar edilib.

DÜNYA / HADİSƏ
Tarix: 21-08-2019, 13:10