Rusiya XİN-dən atəşkəslə bağlı açıqlama
“Moskva İrəvan və Bakı arasında atəşkəslə bağlı əldə olunan razılaşmaya riayət olunacağına ümid edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
“Atəşkəslə bağlı birinci razılaşmadan sonra atışmalar oldu. Dünən yeni razılaşma əldə olundu”, - deyə Zaxarova söyləyib.
Onun sözlərinə görə, Moskva tərəfləri təmkinli olmağa, bütün problemləri siyasi-diplomatik yolla həll etməyə çağırır.
GÜNDƏM / SİYASƏT
Tarix: 15-09-2022, 15:12