Hacıqabulda baş vermiş qəzada ölənlərdən birinin kimliyi məlum olub

A.Qanbayev və onun sərnişin qismində olan qardaşı qəza nəticəsində yerindəcə keçinib.
***
Saat 05:05
Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhərinin girişində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı minik maşını əvvəlcə "KamAZ" markalı yük maşınına, daha sonra isə yaxınlıqdakı bağçanın hasarına çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin dünyasını dəyişib. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir.
Avtoqəza ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb.
HADİSƏ / ÖLKƏ / CƏMİYYƏT
Tarix: 31-08-2019, 08:14