mobil versiya

"Mançester Yunayted"in baş məşqçisi Ronaldunu bağışlamaq üçün şərtlərini açıqlayıb



İngiltərə "Mançester Yunayted"inin baş məşqçisi Erik ten Haq portuqliyalı futbolçu Kriştianu Ronaldunu əsas komanda ilə məşqlərə qaytarmaq üçün şərtlərini açıqlayıb.
"Report" "The Athletic"ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis 37 yaşlı hücumçunu yalnız ehtiyat oyunçular skamyasında oturmağa etiraz etməyəcəyi halda bağışlayacağını bildirib. Təcrübəli forvard həmçinin etdiyi hərəkətə görə üzr istəməlidir.
Ulduz futbolçu bu şərtləri qəbul etməsə, onun özünə yeni komanda axtarmasına icazə veriləcək.
Qeyd edək ki, Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının XII turunda "Tottenhem"lə ev oyunu başa çatmamış "Old Trafford" stadionunu tərk etdiyi üçün cəzalanıb.

İDMAN
Tarix: 25-10-2022, 16:29