Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə 5 Qrant müqaviləsi imzalanıb
“Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində Yaponiyanın Azərbaycandakı Səfirliyində Qazax, Samux, Xocavənd, Ağdaş, Nefçala və Lerik rayonlarında icra olunacaq 5 layihənin qrant müqavilələri imzalanıb. 5 qrant layihəsinin ümumi məbləği 446,806 ABŞ dollarıdır.
Bu gün imzalanmış müqavilələr də daxil olmaqla, “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində bu günədək cəmi 283 qrant müqaviləsi imzalanıb və bu müqavilələrdə nəzərdə tutulan yardımın ümumi məbləği 23,890,000 ABŞ dollarını keçir.
Qrant müqavilələrinin imzalanmasından sonra benefisiar təşkilat nümayəndələri və Yaponiyanın Azərbaycandakı Səfiri Vada Cüniçi arasında həyata keçirilən fikir mübadiləsi zamanı səfir fikir bildirdi:“ “Ot Kökləri ” üzrə qrant yardımının həyata keçirilməsi yerli əhaliyə göstərilən səhiyyə xidmətin inkişafı, tələbə uyğun təhsil müəssisələrinin təmin edilməsinə, yerli əhalinin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılmasına öz töhvəsini verəcəyini ümid edirəm. Bundan sonra daha da müxtəlif sahələrdə yardımların göstərilməsini nəzərdə tuturuq”.
“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə, təhsil, səhiyyə, ictimai sağlamlıq, kənd təsərrüfatı və.s kimi sahələrdə bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı benefisiar təşkilat kimi bölgərələrdə yerləşən yerli ictimai qurumlar, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumların müraciəti mümkündür.
İmzalanmış layihələr
Layihənin adı | Benefisiar təşkilatın adı | Məbləğ (ABŞ dolları) |
Qazax və Samux rayonlarına təcili tibbi yardım maşınlarınlarının verilməsi layihəsi | “Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin | 88,996 |
Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası layihəsi | “Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi” İctimai Birliyi | 91,297 |
Ağdaş rayonunun Aşağı Nemətabad kəndində ailə sağlmamlıq mərkəzinin inşası layihəsi | Ağdaş Rayon Mərkəzi Xəstəxanası | 90,000 |
Nefçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası layihəsi | Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti | 90,513 |
Lerik rayonunun Soru kəndində kənd tibb məntəqəsinin inşası layihəsi | “Prioritet Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyi | 86,000 |
Cəmi | 446,806 |
Qazax və Samux rayonlarına təcili tibbi yardım maşınlarınlarının verilməsi layihəsi
Bu layihədə, Qazax rayonunun Yuxarı Salahlı və Samux rayonunun Poylu kənd tibb məntəqələrinin hərəsinə 1 ədəd təcili tibbi yardım maşınının verilməsi ilə, ucqar bölgələrdə yerli əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması və təcili tibbi yardım xidmətinin əhailyə əlçatanlığını təmin etməkdir. Bu layihədə veriləcək təcili tibbi yardım maşınları sözügedən rayonların ucqar bölgələrində fəaliyyət göstərməsi nəzərdə tutulur və yolsuzluq şəraitində də təcili tibbi yardım xidmətinin təmin olunması üçün təcili tibbi yardım maşınına modifikasiya olunmuş Yaponiyanın “Mitsubishi” şirkətinin pikap kuzalı avtomobilindən istifadə olunacaq. Qazax və Samux Rayon Mərkəzi Xəstəxanalarının hər biri, bu layihədə veriləcək təcili tibbi maşınlarının heyyəti qismində 1 nəfər sürücü və 2 nəfər tibb işçisini sözügedən kənd tibb məntəqələrinə təhkim edəcək. Bu layihəyə görə Yaponiya hökuməti tərəfindən təqribən 150,404 manat (88,996 ABŞ dolları) məbləğində yardım ayrılmışdır.
Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası layihəsi
Bu layihədə, əsasən Xocavənd rayonunun məcburi köçkün əhalisinin məskunlaşdığı ərazisində yerləşən Yeni Xocavənd qəsəbə məktəbinin əlavə məktəb binasının (sahəsi 251.88㎡) tikilməsi ilə yanaşı, həm də mövcud məktəb binasının qaz isitmə sistemi ilə təmin olması nəzərdə tutulur. Yeni tikiləcək əlavə məktəb binasında 6 sinif otağı, qız və oğlan şagirdlər üçün ayrı sanitar qovşaqların olacağı və binaın su, işıq, qaz istilik sistemi ilə təmin olunması nəzərdə tutulur. Mövcud qəsəbə məktəbi 2007-ci ildə Yaponiyanın “Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə Qrant Yardım Proqramı çərçivəsində tikilsə də, Yeni Xocavənd qəsəbə əhalisinin sayı artdığı üçün, əlavə sinif otqaqlarına ehtiyac yaranmışdır. 2007-ci ildə icra olunmuş layihə və bu dəfəki layihənin əsas məqsədi Yeni Xocavənd qəsəbəsi ilə yanaşı, qonşu Yeni Tuğ qəsəbəsinin təhsil şəraitinin yaxşılaşdırılması və məcburi köçkün statuslu şagirdlərin təhsil alma imkanlarının artırılmasıdır. Bu layihəyə görə Yaponiya hökuməti tərəfindən təqribən 154,293 manat (91,297 ABŞ dolları) məbləğində yardım ayrılmışdır.
Ağdaş rayonunun Aşağı Nemətabad kəndində ailə sağlmamlıq mərkəzinin inşası layihəsi
Bu layihədə Ağdaş rayonunun Aşağı Nemətabad kəndində 1 mərtəbəli ailə sağlamlıq mərkəzinin (148㎡) inşa edilməsi ilə səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, Aşağı Nemətabad kəndi və ətraf 6 kənd (Yuxarı Nemətabad, Qobuüstü, Aşağı Qobuüstü, Qəribli, Hacılar, Yenikənd) əhalisinin tibbi xidmətə əlçatanlığının daha da yaxşılaşdırılmasının təmin edilməsidir. Bu layihə Ağdaş Rayon Mərkəzi Xəstəxanası tərəfindən Yaponiya Səfirliyinə “Ot Kökləri” qrant layihəsi çərçivəsində təqdim olunmuşdur və Ağdaş Rayon Mərkəzi Xəstəxanası bu layihədə benefisiar təşkilat qismində çıxış edir. Layihə icra olunduqdan sonra Ağdaş Rayon Mərkəzi Xəstəxanası sözügedən ailə sağlamlıq mərkəzini tələbə uyğun işçi heyyəti və ləvazimatla təmin edəcəkdir. Bu layihəyə görə Yaponiya hökuməti tərəfindən təqribən 152,100 manat (90,000 ABŞ dolları) məbləğində yardım ayrılmışdır.
Nefçala rayonunun Qırmızıkənd kənd məktəbinin əlavə məktəb binasının inşası layihəsi
Bu layihənin əsas məqsədi Nefçala rayonunun Qırmızıkən kənd məktəbinin əlavə məktəb binasının (284㎡) inşası ilə, təhsil şəraitinin yaxılaşdırılması və bölgələrdə yaşayan məktəblilərin təhsilə əlçatanlığını təmin etməkdir. Qırmızıkənd kəndinin əhali sayı artması ilə əlaqqədar sinif otaqlarının çatışmazlığı problemi və qış fəslində bəzi sinif otaqlarında istiliklə bağlı problemlərin olduğu üçün, bu problemin həlli ilə bağlı Yaponiya Səfirliyinə qrant ayrılması üçün müraciət olunmuşdur. Yeni tikiləcək əlavə məktəb binasında 7 sinif otağı, qız və oğlan şagirdlər üçün ayrı sanitar qovşaqların olacağı və binanın su, işıq, qaz xətləri ilə təmin olunması, qaz istilik sisteminin təmin olunması nəzərdə tutulur. Bu layihəyə görə Yaponiya hökuməti tərəfindən təqribən 152,968 manat (90,513 ABŞ dolları) məbləğində yardım ayrılmışdır.
Lerik rayonunun Soru kəndində kənd tibb məntəqəsinin inşası layihəsi
Bu layihədə əsas məqsəd Lerik rayonunun Soru kəndində 1 mərtəbəli tibb məntəqəsinin (117㎡) inşa edilməsi ilə səhiyyə xidmətinin yaxşılaşdırılması, Soru kəndi və ətraf 2 kənd (Ərdəbilə və Camaşəir kəndləri) əhalisinin tibbi xidmətə əlçatanlığının daha da yaxşılaşdırılmasının təmin edilməsidir. Yeni tikiləcək tibb məntəqəsində müayinə otağı, vaksinasiya otağı, ginekoloji müayinə otağı, pediatriya otağının olması nəzərdə tutulur və Lerik Mərkəzi Xəstəxanası bu məntəqəyə tələbə uyğun işçi heyəti və ləvazimatla təmin edəcəkdir. Soru kəndi Lerik rayonunun mərkəzindən 15 km şimalda, dağlıq ərazidə yerləşir və Lerik Mərkəzi Xəstəxanasından Soru kəndinə qədər olan yol şəraiti qənaətbəxş olmadığı üçün, Soru kəndində müasir standartlara cavab verən yeni tibb məntəqəsinin inşasına ehtiyac yaranmışdır. Bu layihəyə görə Yaponiya hökuməti tərəfindən təqribən 145,340 manat (86,000 ABŞ dolları) məbləğində yardım ayrılmışdır.
İQTİSADİYYAT