mobil versiya

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı




Abşeron rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində oxuyan şagirdlər arasında “Qarabağ zəfəri – Heydər Əliyev dühasının təntənəsidir” mövzusunda keçiriən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib. Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin binasında mükafatlandırma tədbiri keçirilib. 

Tədbirdə humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova qalib gələn və fərqlənən iştiraskçıları Abşeron RİH başçısı Abdin Fərzəliyevin adından təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Gülnar Rəhimova bildirib ki, Abşeron RİH-nin təşəbbüsü, rayon Təhsil Şöbəsinin, YAP Abşeron Rayon Təşkilatının və Abşeron rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn müsabiqə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilib. 

Vətən Müharibəsində xalqımızın qazandığı zəfərinin və Ulu Öndər Heydər Əliyevin bu qələbədə zəngin siyasi irsinin rolunun təbliği məqsədi daşıyan inşa yarışında IX, X, XI siniflərin şagirləri iştirtak edib. Üç mövzuda (“Qarabağın zəngin təbii sərvətləri”, “Qarabağın zəngin tarixi – mədəni sərvətləri”, “Şuşa – Qarabağın incisidir”) reallaşan müsabiqəyə ümumilikdə 72 yazı təqdim olunub. Yazılar münsiflər heyəti tərəfindən araşdırılaraq müvafiq ballarla qiymətləndirilib. Sonda hər istiqamət üzrə bir qalib müəyyənləşib. Qurbanova Nuray Valeh qızı (Məhəmmədi kənd tam orta məktəbin 11-ci sinif şagiri), Mürsəlova Məlahət İgid qızı (Xırdalan şəhər 3 saylı tam orta məktəbin 9-cu sinif şagiri), Əzimli Aysu Vüqar qızı (Saray qəsəbə 3 saylı tam orta məktəbin 10-cu sinif şagiri) müvafiq istiqamətlər üzrə qalib elan edilib. Qaliblərə Fəxri Fərmanlar və mükafatlar təqdim edilib. Eyni zamanda yazıları fərqlənən daha 6 şagirdə isə “Fərqlənmə”lər verilib.







KARUSEL
Tarix: 10-05-2022, 16:49