mobil versiya

Nərgiz Cəlilovanın qızı çinli oğlana ərə gedib - VİDEO



Tanınmış teleaparıcı, əməkdar artist Nərgiz Cəlilovanın qızı Nərmin çinli bəylə ailə qurub.

BAKU.WS
xəbər verir ki, o, bu barədə İradə İsakın "Birdən milyona" verilişində danışıb.

Cəlilova qızının Tibb Universitetində 4 il təhsil aldıqdan sonra təhsilini Fransada davam etdirdiyini, hazırda isə Amerikada yaşadığını açıqlayıb.

İradə İsak Cəlilovaya qızının çinli biri ilə ailə qurmasını niyə ictimaiyyətdən gizlətdiyini soruşub:

"Xeyr, gizlətmədim, sadəcə bəyan etmədim. Nərmin mediada, sosial şəbəkədə heç vaxt görünmək istəməyib. Ailə qurmasının da ictimailəşməsini istəmədi. Nərminin həyat yoldaşı uyğurdur, sadəcə Çində doğulan uyğurdur. Uyğur türküdür. Amma Amerika vətəndaşıdır".


KARUSEL / ÖLKƏ / MƏDƏNİYYƏT
Tarix: 10-10-2019, 14:15