Daha 2 Vətən müharibəsi qazimiz uğurla əməliyyat edildi - FOTO
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun sözcüsü Günay Quluzadənin verdiyi məlumata görə, 44 günlük Vətən müharibəsi qaziləri Elvin Tağızadə və Qulu Ağaşov müharibə sonrası yaranan ayaq deformasiya şikayətləri ilə müraciət ediblər.
REPORTYOR.AZ “ölkə.az”a istinadən xəbər verir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Əlviz Qasımovun rəhbərliyində hər iki qaziminin əməliyyatı travmatoloq cərrah Kamil Eyvazov tərəfindən icra edilib.
Elvin Tağızadə müharibə zamanı baldır və bud nahisəsində çoxsaylı yaralanmalar sonrası şikayətlərlə müraciət etmişdir.
Baldır nahiyəsində sümük qısalığı, eyni zamanda əzələ və damar sinir paketində zədələnmə deffekti olan xəstədir. Aşağı ətrafda pəncə nahiyəsində sinir zədələnməsi səbəbi ilə “sallanmış ayaq” dediyimiz sindromla müraciət etmişdir.
Xəstənin ayağı plantafleksion deformasiya şəkilində qalmışdır. Xəstəyə tərəfimizdən aşıq baldır oynağının artrodez əməliyyatı,ayaq deformasiyasinin ləğvi əməliyyatı icra edildi. Əməliyyat sonrası deformasiya tam olaraq uğurla aradan qaldırıldı.
Qulu Ağaşov müharibə zamanı bud nahiyəsindən aldığı qəlpə yaralanması sonrasında aşağı ətrafda oturaq sinir zədələnməsi səbəbi ilə ayaq nahiyyədə deformasiya baş vermişdir.
Müayinə zamanı ayağın orta hissəsində yarımçıxıq olduğu göründü. Ard-arda edilən əməliyyat sayəsində deformasiya tam aradan qaldırıldı və normal ayaq biləyi pozisiyasina qaytarıldı.
KARUSEL
Tarix: 16-07-2022, 21:13