Putindən qəribə TƏLƏB – Rusiya vətəndaşları ŞOKDA
Vladimir Putin Rusiyada hakimiyyət orqanlarına 2020-ci illərin sonuna kimi vətəndaşların orta ömrünü 78 yaşa çatdırmağı tapşırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin deyib ki, sağlamlıq və həyat standartlarına cavabdeh olan səlahiyyətlilər bu məqsədə doğru davamlı irəliləməlidirlər.
Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında çıxış edən Rusiya prezidenti 2022-ci ilin ikinci rübündə hazırkı orta ömür uzunluğunun 73 yaşı ötdüyünü bildirib.
O, vurğulayıb ki, hakimiyyət Rusiya vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılması, o cümlədən yoxsulluğun azaldılması üzərində çalışmalıdır.
KARUSEL / GÜNDƏM
Tarix: 21-07-2022, 15:30