Qarabağ və Zəngəzurda minaya düşən hərbçilərin sayı AÇIQLANDI
2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan hərbçilərin sayı açıqlanıb.
REPROTYOR.AZ xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, hazırkı dövrədək 124 hərbçi minaya düşüb.
Qeyd edilib ki, nəticədə 7 hərbi qulluqçu həlak olub, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 32 mülki şəxs həlak olub, 67-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
KARUSEL / HADİSƏ
Tarix: 2-08-2022, 16:03