mobil versiya

“Nüvə silahından istifadə etməyə hazıram”- Britaniya XİN rəhbəri




“Lazım gələrsə, nüvə silahından istifadə etməyə hazıram”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri – hakim Mühafizəkarlar Partiyasının liderliyinə və Baş nazirliyə namizədlərdən olan Liz Tras deyib.

Tras bunu Britaniya Baş nazirinin mühüm vəzifəsi adlandırıb: “Mən bunu etməyə hazıram”.

O, həmçinin Baş nazir seçiləcəyi təqdirdə Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını daha tez-tez açacağını vəd edib: “Mən Baş nazir kimi daha da irəli gedəcəyəm və mümkün olan hər şeyi edəcəyəm. O cümlədən Putinin taktikasını dünyaya göstərmək üçün daha çox kəşfiyyat məlumatlarını açacağam. Mənim hökumətim kəşfiyyat məlumatlarından Kremlin azadlıqsevər demokratiyaları sarsıtmaq və sabitliyi pozmaq cəhdlərini ifşa etmək üçün istifadə edəcək”, – Tras qeyd edib.
KARUSEL / DÜNYA
Tarix: 24-08-2022, 12:21