mobil versiya

Tələbələr Tbilisidə Türkiyəyə dəstək aksiyası keçirdilər – FOTO


Paytaxt Tbilisidə Türkiyə səfirliyinin qarşısında “Barış bulağı” hərbi əməliyyatlarına dəstək məqsədi ilə aksiya keçirilib.

REPORTYOR.AZ-ın APA-ya istinadən xəbərinə görə, səfirlik binasının qarşısına toplaşan 100-ə yaxın yerli azərbaycanlı tələbə Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatlarına dəstək verdiklərini bildiriblər.

Aksiya iştirakçıları Türkiyə hərbçilərinə dəstək olaraq “Dik dur, əyilmə, bu millət səninlə!”, “Hər türk əsgər doğulur” şüarları səsləndiriblər, dünya dövlətlərini 
Türkiyəyə qarşı ədalətli mövqe tutmağa çağırıblar.





KARUSEL / GÜNDƏM / SİYASƏT
Tarix: 15-10-2019, 21:39