mobil versiya

"Davamlı həyat üçün gözəməyə başla"



Latviyalı tanınmış rəssam Yeva Kruminanın "Davamlı yaşam üçün gözəməyə başla" adlı sərgisinə VİP tur təşkil edilib.  
Daş Salnamə Muzeyində keçirilən baş tutan tədbirdə Latviyanın ölkəmizdəki Səfirliyinin Müvəqqəti İşlər vəkili xanım Viya Buşa qonaqlara sərgi barədə qısa məlumat verib. Deyib ki, o, xanım Yeva Kruminanın Milanda təşkil olunacaq sərgiyə hazırlaşdığı ərəfədə Latviyada olarkən İncəsənət Akademiyasında professor Yeva Krumina ilə görüşərək söhbət edib. İtaliyadan sonra sərgi Azərbaycana gətirilib və izləyicilərdə böyük maraq oyadıb. 
Müvəqqəti işlər vəklilinin sözlərinə görə, hazırda tamaşa edilən bu layihə İncəsənət Akademiyası tələbələrinin ideyasıdır və professor Y.Krumina onu həyata keçirməyə köməklik göstərib.  

Əlavə edib ki, bu ekoloji bir layihədir: "Əgər dünyanı düzəltmək istəyirsənsə, əvəlcə öz corablarını gözəməyə başlamalısan. Elə layihənin adı da eynidir -"Davamlı yaşam üçün gözəməyə başla". Nənələrimiz  həmişə geyindiyi corabları köhnələndən sonra atmırdı, əksinə, yamayıb yenidən istifadə edirdi. Bu da ekologiyanın davamlı şəkildə qorunmasına xidmət edib. Latviyada corabın çox böyük mənəvi dəyərləri var. Corablar müasir və qədim etnoqrafiyada ən sadə və ən əvəzolunmaz geyimdir. Onlar eyni zamanda müxtəlif kontekstlərdə etalon kimi də dəyərləndirilir".
Məsələn, ailəyə bağlı olsun deyə yeni doğulan körpəyə, getdiyi yerdə ayağını isti saxlaması üçün hərbi xidmətə yola salınan əsgərə corab verilir. Hətta xəstələnən adamlara corab bağışlayırlar ki, özünü gümrah hiss eləsin, tez sağalsın. Ümumiyyətlə, corablar hər bir kəsin həyatında ilk geyimlərdən biridir, həyatın ən xoşbəxt və ən çətin anlarında yol yoldaşıdılar və hətta son yolçuluqda belə. Latviyada yalnız nişanlı olanlara ayrılıq mənası daşıdığı üçün corab verilmir.
Layihənin koordinatoru, Azərbaycanın əməkdar artisti Səbinə Şıxlinslaya çıxışında deyib ki, corablar Latviya xalqının folkloruna çevrilib, corabın həyat dövrü və xarekteri ardıcıl mərhələlərdə təsvir olunur - toxunuşu, geyilməsi, köhnəlməşi və yamanması. Qızıl sap corabın ona sərf olunan resurslar, vaxt, bacarıqlar, iqtisadi və emosional baxımdan nə dərəcədə dəyərli olduğunun göstərilməsinə aid məcazi bir mesajdır. Buna görə də corabı gözəməyə dəyər.
Xatırladaq ki, corablar Latviyanın Milli Tarix Muzeyində saxlanılan orijinallardan hazırlanmış nüsxələrdir, onların tarixi XVIII əsrin ikinci yarısına aid edilir və Latviyanın müxtəlif bölgələrindən toplanıb.

Tədbirdə  Y.Kruminanın müəllifi olduğu və tədbirdə nümayiş olunan kitabdan da söz açılıb. Bildirilib ki, başdan-ayağa Rumi fəlsəfəsi üzərində tərtib olunub. Hansı ki, tanınmış fotoqraf Reza Diqqəti də məhz Rumi fəlsəfəsinin aşiqi və tədqiqatçısıdır. Yüksək zövqlə nəşr olunan kitabda bir-birini tamamlayan çoxsaylı illüstrasiyalar toplanılıb. 
Qeyd edək ki, gələn il Latviya-Azərbaycan əlaqələri çərçivəsində Y.Kruminanın Rumi fəlsəfəsinə əsaslanan sərgisi fotoqraf Reza Diqqətinin də iştirakı ilə təşkil olunacaq. 

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 14-12-2022, 11:19