mobil versiya

İranda 3-ü azərbaycanlı olmaqla 5 nəfər dar ağacından asılıb



İranın Ərak şəhərindəki həbsxanada 3-ü azərbaycanlı olmaqla 5 nəfər edam olunub.
“Report” “Azad İran”a istinadən xəbər verir ki, məlumatı İran İnsan Hüquqları Təşkilatı (HRANA) yayıb.
Bildirilib ki, dar ağacından asılan azərbaycanlılar bunlardır: Məhəmməd İmani, Ehsan Nəsiri və Mustafa Kaşini. Digər iki nəfərin adı açıqlanmayıb.
Onlar narkotik maddələrin qanunsuz alverində ittiham olunurlar. Bununla belə, ölkədə məhkəmə sistemində şəffaflıq olmadığından məhkəmənin hökmü şübhəli sayılır.
İran Məhkəmə Sistemi və rəsmi KİV-lər edamlar barədə məlumat verməyib.
Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlayıb.

KARUSEL / DÜNYA
Tarix: 14-12-2022, 18:34