Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib
Dekabrın 23-də Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 64 kilometrlik hissəsi istifadəyə verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, Prezident İlham Əliyevin tapşırığına əsasən çəkilən yol 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində açılıb.
Açılış mərasimində AAYDA-nın İdarə heyətinin sədri Saleh Məmmədov, Quba və Siyəzən rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.
Bildirilib ki, Qubadan Bakı istiqamətində yenidən qurulan 67 kilometrlik yolun son 3 kilometrində işlər 2023-cü ilin yanvar ayında tam başa çatdırılacaq.
KARUSEL / ÖLKƏ

Tarix: 23-12-2022, 16:09