mobil versiya

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq



Bayram günlərində (dekabrın 31-dən – yanvarın 4-nə qədər) Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsinin əməkdaşları Abşeron, Mərdəkan, Sabunçu xidmət sahələrində və BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər.
“Azəriqaz” İB-dən bildirilib ki, 24/7 fəaliyyət göstərən 104/185 Çağrı mərkəzinin fəaliyyəti gücləndiriləcək. Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, 104/185 Çağrı mərkəzinə zəng edə, (077) 310-41-04 vatsap nömrəsinə yazmaqla məlumat verə bilərlər.
KARUSEL / ÖLKƏ
Tarix: 30-12-2022, 18:54