mobil versiya

İspaniyadan bolqar bibərinin idxalına ABŞ-da qadağa qoyulub


Birləşmiş Ştatların hökuməti Aralıq dənizi meyvə milçəyi aşkarlanması səbəbindən İspaniyadan istifadə üçün təzə bolqar bibərinin gətirilməsinə qadağa qoyub.
Bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin Heyvanların və bitkilərin sağlamlığına nəzarət xidməti (“Aphis”) məlumat yayıb.
“Aphis” bildirir ki, bu addım İspaniyadan gətirilən təzə bibər ticarət partiyalarında yoxlamalar zamanı Aralıq dənizi meyvə milçəyinin “dəfələrlə aşkarlanmasına” cavab olaraq atılıb. Aralıq dənizi meyvə milçəyi sürətlə çoxala bildiyinə görə ABŞ üçün böyük risk mənbəyidir.
ABŞ dünya üzrə təzə meyvə və tərəvəzin ən iri idxalatçılarından biridir. 2020-ci ilin göstəricilərinə görə, ölkəyə 26 milyard dollar həcmində 20 milyon ton məhsul gətirilib.
2021-ci ildə İspaniya ABŞ-a 32.993 ton meyvə-tərəvəz ixrac edib.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 5-01-2023, 18:19