Rusiya pomidor idxalına qadağa qoya bilər
Rusiyanın Milli Meyvə-Tərəvəz İstehsalçıları Birliyi ölkəyə pomidor idxalına müvəqqəti qadağa qoyulması tələbi ilə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.
"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, müraciətdə bunun əsas səbəbi kimi, koronavirusla bağlı izolyasiya tədbirlərinin uzadılması və rublun zəifləməsi səbəbindən sənayenin zərərdən qorumağa yardımın edilməsi göstərilir.
Müraciətdə Azərbaycan, Mərakeş, Türkiyə və Çindən pomidor idxalının dayandırılması xahiş olunur. Birliyin məlumatına görə, 2019-cu ildə Rusiyaya idxal olunan tomatın ümumi bazarda payı 52% təşkil edib.
Qeyd edək ki, Azərbaycan 2019-cu ildə 189,3 mln. ABŞ dolları dəyərində 174,5 min ton tomat ixrac edib. Təkcə cari ilin ilk ayında ölkə 24,7 mln. dollar dəyərində 19,1 min ton tomat ixrac edib.
SON XƏBƏR / KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-04-2020, 12:46