mobil versiya

Sertab Erenerin Bakıda konserti olacaq



Məşhur türk ifaçısı Sertab Erener fevralın 14-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
Qeyd edək ki, Türkiyənin güclü səsi Sertab Erener 2003-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Everyway that i can” mahnısı ilə birinci yerə çıxaraq qalib olub. Həmçinin o, 2012-ci ildə “Türk klassik musiqisinin ən yaxşı qadın solisti” nominasiyasında "Altın Kelebek" mükafatı ilə təltif edilib.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-01-2023, 15:29