mobil versiya

Gəncə Dövlət Regional Kollecində yanğın olub, 11 nəfər tüstüdən zəhərlənib



Gəncə Dövlət Regional Kollecində yanğın baş verib, hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində qısaqapanma olub.
Hadisə nəticəsində 11 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Gəncə şəhər Abbas Səhhət adına Birləşmiş Xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir.


KARUSEL / HADİSƏ
Tarix: 16-01-2023, 18:16