Rusiya sülhməramlılarına məxsus daha 14 avtomobil Laçın yolundan keçib
Rusiya sülhməramlılarına məxsus daha 14 avtomobil Laçın yolundan keçib.
1 minik, 13 yük avtomobilnin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. Avtomobillər Laçından Xankəndi istiqamətinə hərəkət edib.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 43 gündür davam edir.
KARUSEL / GÜNDƏM
Tarix: 23-01-2023, 15:18