mobil versiya

"Taliban" YUNESKO ilə tarixi yerlərin bərpasını müzakirə edir




Əfqanıstanın mədəniyyət və informasiya nazirinin müavini Mövləvi Atiqullah Əzizi YUNESKO-nun Mədəniyyət Proqramı üzrə məsul işçisi Brendan Kassar ilə görüşüb, tarixi yerlərin bərpasını müzakirə edib.

"Khaama press" xəbər verir ki, görüş zamanı Əzizi ölkənin bəzi əyalətlərində dağılmaq üzrə olan tarixi yerlərin və qədim su anbarlarının bərpası ilə bağlı narahatlığını Brendanla bölüşüb.

Nazir müavini bildirib ki, Qəndəharda Ghor Jam Minar, Mirwais Nika və Əhməd Şah Baba ziyarətgahları, Helmanddakı Bost Fort divarları, Qəzni və Bamyan əyalətlərində bəzi tarixi binalar və akademik mərkəzlər qorunur. O əlavə edib ki, YUNESKO-nun müəyyən tarixi yerlərin tikintisi və bərpasında təcili yardımı indi əvvəlkindən daha çox tələb olunur, çünki ölkə digər mühüm problemlər arasında böyük iqtisadi böhranla üzləşir.

Brendan öz növbəsində bu işlərin aparılmasını zəruri hesab edib və YUNESKO-nun Əfqanıstandakı tarixi yerlərin bərpasına yardım etməyə hazır olduğunu bildirib.


KARUSEL / DÜNYA
Tarix: 24-01-2023, 13:32