Azərbaycan nefti ucuzlaşıb

Türkiyənin Ceyhan limanındakı FOB bazasında Azeri Light neftini qiyməti 2,15 dollar – bir barelə görə 87,67 dollara düşüb.
Azərbaycanın Qaradənizin rus Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS növünə məxsus neftin dəyəri əvvəlki göstərici ilə müqayisədə 2,11 dollar düşərək bir barelə görə 48,86 dollar təşkil edib.
Şimal Dənizindən hasil olunan Brent Dated etalon növünə məxsus neftin bir barelinin qiyməti yanvarın 24-də əvvəlki göstərici ilə müqayisədə 2,08 dollar – bir barelə görə 86,13 dollaradək düşüb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 25-01-2023, 11:17