mobil versiya

Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb



Yanvarın 24-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarılan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə iki nəfər ölüb.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

KARUSEL / CƏMİYYƏT
Tarix: 25-01-2023, 14:05