mobil versiya

"Fənərbağça" və "Lion"un sabiq futbolçusu "Qarabağ"a keçir



Fransanın "Dijon" klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.

"Lequipe" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"la müqavilə imzalamağa çox yaxındır.
Ağdam təmsilçisi əlcəzairli oyunçuya 2,5 illik müqavilə təklif edib. Benzia cari mövsüm komandasının heyətində meydana çıxmayıb.
Qeyd edək ki, Yassin Benzia Fransada "Lion", "Lill", Yunanıstanda "Olimpiakos", Türkiyədə "Fənərbağça" və "Hatayspor" klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.

KARUSEL / İDMAN
Tarix: 26-01-2023, 10:51