mobil versiya

Azərbaycanın futzal yığması dünya reytinqindəki mövqeyini qoruyub



Futzal üzrə Azərbaycan millisi dünya reytinq cədvəlindəki mövqeyini qoruyub.

Alesio Da Silvanın kollektivi ötən ilin dekabrında açıqlanan reytinqdə olduğu kimi, bu dəfə də 14-cü pillədə qərarlaşıb.
Yığmanın aktivində 1384 xal var.
Siyahıya Braziliya seçməsi başçılıq edir. Cənubi Amerika təmsilçisi 1794 xala malikdir. İspaniya (1771) ikinci, Portuqaliya (1751) isə üçüncü sıradadır.


KARUSEL / İDMAN
Tarix: 2-02-2023, 13:38