mobil versiya

Dünya çempionatında sensasiya: Almaniya yığması qrupda qaldı


Almaniya millisi Qətərdə keçirilən dünya çempionatı ilə vidalaşıb.
"Report"un məlumatına görə, Bundestim E qrupunun III turunda Kosta Rikanı 4:2 hesabı ilə məğlub etsə də, mübaizəni dayandırıb. Buna qrupun digər matçında Yaponiya yığmasının İspaniyaya 2:1 hesabı ilə qalib gəlməsi səbəb olub.
Bu nəticələrdən sonra Asiya təmsilçisi 6 xalla qrup lideri olub və pley-offa adlayıb. İspaniya 4 xalla ikinci, eyni xala malik Almaniya üçüncü olub. 3 xalı olan Kosta Rika isə qrupu sonuncu pillədə başa vurub.

İDMAN
Tarix: 2-12-2022, 07:35